Accessibility links

Nepallıların yardıma ehtiyacı var


Ölənlərin sayı artıq 4 min 300 nəfəri ötüb

Nepalda insanlar su və digər başlıca ehtiyacların təmin edilməsi problemi ilə qarşalışıb. Xilasedicilər və humanitar qruplar isə dağıntlar altında qalanları çıxarmaq üçün ölkəyə daxil olmağa çalışır.

Birləşmiş Millətlər Təşkilatı fəlakətin təsirinə 8 milyon insanın məruz qaldığını, 1,4 milyon insanın isə ərzağa ehtiyacı olduğunu bildirib. Rəsmilər çərşənbə axşamı ölənlərin sayının 4300-dən çox olduğunu, digər 8000 insanın isə xəsarət aldığını bildirib. Onlar deyib ki, xilasedicilərin daha çox dağıntı və uzaq sahələri təmizləməsindən sonra bu rəqəmlər arta bilər.

Bir çox adam gecəni küçədə və ya çadırlarda keçirib. Şənbə günü 7,8 bal gücündə zəlzələdən sonra ərazidə 4-5 dəfə yeraltı titrəyişlər baş verib. Katmandu şəhərinə daxil olmaq çətin olmasa da, ucqar ərazilərə getmək çətin olaraq qalır.

Səhiyyə rəsmiləri su çatışmazlığı və çox sayda insanın bir araya toplaşması nəticəsində xəstəliklərin yayıla bilməsi riski ilə bağlı xəbərdarlıq edirlər.

XS
SM
MD
LG