Accessibility links

Nepalda güclü zəlzələ 1100-dən çox insanın həyatına son qoyub [Fotolar] [Yenilənib]


Nepalda çoxsaylı yeraltı təkanlardan sonra güclü zəlzələnin baş verməsi nəticəsində 1150-dən çox insan ölüb. Ölənlərin sayının artacağı ehtimal olunur. Rixter şkalası ilə 7.8 bal gücündə qeydə alınan zəlzələ bu gün yerli vaxtla günorta saat 12 radələrində paytaxt Katmandudan 80 kilometr şimal-qərbdə baş verib.

Binaları dağıdan zəlzələ insanların təşviş içərisində küçələrə qaçmasına səbəb olub. İlk güclü zəlzələdən təxminən saat sonra 6.6 bal gücündə qeydə alınan ikinci zəlzələ baş verib. Yüzlərlə insanın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

Zəlzələ nəticəsində hətta XIX əsrə aid tarixi qalanın da dağıldığı və dağıntılar altında çoxsaylı insanın qaldığı bildirilir. Everest dağıdanda hiss edilən zəlzələ bəzi alpinistlərin ölümü və ya yaralanması ilə nəticələnib.

Qonşu ölkələrə təsirsiz ötüşməyən yeraltı təkan Hindistandan 34-dən çox insanın həyatına son qoyub.

Xilasetmə işləri davam edir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG