Accessibility links

Nepalda zəlzələdən bir həftə keçir - Ancaq insanların çoxu hələ də evlərinə qayıtmır


Nepalda 7.8 bal gücündə zəlzələdən bir həftə sonra rəsmilər bildirir ki, hələ də minlərlə insanın axtarışı davam edir. Onlar arasında min nəfər isə avropalıdır.

Rəsmilərin sözlərinə görə, artıq ölənlərin sayı 6600-ə çatıb ki, bu ölüm hallarının böyük əksəriyyəti paytaxt Katmandu və ətraf ərazilərdə baş verib.

Dəhşətli dağıntılar altından sağ qalanların tapılmasına dair ümidlər demək olar ki, yox olmaq üzrədir.

Zəlzələdən zərərçəkənlər isə hökuməti və yardım qruplarını ərzaq, su və başqa yardım təchizatlarının çatdırılmasında cəld addım atmağa çağırır.

Katmanduda həyatın normala qayıtmasına dair işarələr görünməkdədir, belə ki, artıq bəzi bizneslər fəaliyyətini bərpa edib və bəzi sakinlər çadırları yığaraq qapalı məkanlara geri dönüblər.

Çoxlarının evlərinin geri dönməməsinin səbəbi isə, həmin yerlərdən cəsədlərin kəskin iyisinin gəlməsidir.

XS
SM
MD
LG