Accessibility links

Azərbaycan gömrükçüləri İrandan gələn yük avtomobilindən 49 kiloqramdan çox narkotik aşkarlayıb


Narkotik

Astara Gömrük İdarəsi Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Danimarkaya "İşıqlandırma avadanlıqları" yükü aparan, İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsində külli miqdarda narkotuk aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, Astara Gömrük İdarəsi Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə apardığı yoxlama nəticəsində tük avtomobilinin qoşqusunun təkərlərinin arasındakı 3 ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 kiloqram 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə - tiryək aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG