Accessibility links

Nəsib Nəsibli - İnqilabın 40 illiyi, repressiyalar və türklər


Nəsib Nəsibli - İnqilabın 40 illiyi, repressiyalar və türklər
please wait

No media source currently available

0:00 0:23:51 0:00

Bu həftə İranda İslam İnqilabının 40 illiyi qeyd edildi. 1979-cu il fevralın 11-də baş verən hadisələr ABŞ-ın dəstəklədiyi İran şahı Məhəmməd Rza Pəhləvinin süqutu və islamçıların hakimiyyətə gəlişi ilə nəticələndi. Birləşmiş Ştatlarla onillərdir düşmənçilik fonunda İran İslam Respublikası hərbi gücünün artırılması və Yaxın Şərq regionunda nüfuzunun güclənməsinə çalışıb. Azərbaycanın İranda keçmiş səfiri Nəsib Nəsibli Amerikanın Səsinin "Amerika İcmalı" proqramında müsahibəsində İran inqilabının tarixi dərsləri və İranda yaşayan azərbaycanlıların durumu haqda danışıb.

İran 40 ildən sonra – iqtisadi, sosial, siyasi dəyişikliklər

İran İslam İnqilabı xalqın monarxiya və şah rejiminin istibdadına qarşı mübarizəsi ilə başlayıb islamçıların hakimiyyətə gəlişi ilə başa çatdı. İrandakı hadisələr Yaxın Şərq regionunda onilliklər sonra mürəkkəb geosiyasi inkişaflarla nəticələndi. Yeni sistemdə hansı dəyişikliklər baş verdi?

İqtisadiyyat

“İqtisadi baxımdan şah dönəmi İran iqtisadiyyatı neftə dayalı qeyri-effektiv bir iqtisadiyyat idi. Baxmayaraq ki, 1973-cü ildən sonra neftin qiyməti bir neçə dəfə bahalandı, ölkəyə çox miqdarda neft dollarları gəldi, amma İran iqtisadiyyatı qeyri-effektiv xarakterini qorudu. Yeni gələn Xomeyni rejimi dedi ki, şah iqtisadi modeli doğru deyildi, `biz touhid iqtisadiyyatını quracağıq`. Touhid iqtisadiyyatı, özü-özünə yetəcək bir iqtisadiyyat qurmalı idilər. Bu gün İran iqtisadiyyatı yenə də neftə dayalı bir iqtisadiyyatdır.”

Sosial həyat

“Müxaliflər o zamanlar deyirdilər ki, şah rejimində ədalət prinsipi gözlənilmir. Şah dönəmi sosial baxımdan tarazlığın pozulduğu bir dönəm idi. Müxaliflər o zamanlar deyirdilər ki, İslamda belə eqalitarist bir prinsip var.

O vaxt da Evin repressiyaların, işgəncələrin bir simvolu idi, bu gün də simvolu olaraq qalır.

Yəni adil bölgü prinsipidir. Və buna əsasən `biz sosial həyat yenidən dəyişdirəcəyik. Yəni müstəzəflər deyilən cəmiyyətin aşağı təbəqələrinin statusu dəyişəcək`. Dəyişdimi? Dəyişmədi. 40 ildir həmin vəziyyətdir. İranda cəmiyyətin neçə faizi yoxsulluq həddindədir və bu daha da artdı. O zaman əgər 36 milyon idisə, bu bu gün 80 milyondur və o nisbətdə götürəndə görürük ki, yoxsulluq səviyyəsi bir az da artdı.”

Siyasət

“Şah rejimi repressiv bir rejim, qeyri-demokratik bir rejim idi və inqilabın iştirakçıları da ölkədə normal insana yaraşan bir rejimin olmasını istədilər. Amma yenə də İranda bir repressiv rejim var. O zaman bu siyasi polisin adı Savak idi, indi Ettelaat-dır. O vaxt da Evin (Tehranda həbsxana-red.) repressiyaların, işgəncələrin bir simvolu idi, bu gün də simvolu olaraq qalır. Xarici siyasətdə də nə dəyişiklik oldu? O zaman da şah rejimi İranı bölgənin hakim, ya da əsas dövləti bilirdi, bu gün də o iddiadadırlar. Bu gün bəlkə də o iddiaları bir az da genişləndirmişlər.”

40 illik təcrübə, repressiyalar

“Dünya siyasətində 1979-cu ilin fevralında olan İslam inqilabı diqqətə dəyər bir hadisə idi. Çünki böyük bir ölkədə bir inqilab olmuşdu...Ayətullah Təbatabai ayatullah Xomeyninin müəllimi idi. İslam inqilabından sonra ondan soruşurlar ki, `İslam inqilabında biz nə qədər qurban verdik`. Cavab çox maraqlıdır. Dedi ki, ` İslam inqilabında bizim bircə dənə qurbanımız oldu. O da İslamın özü`.

İdeologiya nə qədər dəyşsə belə, amma hakimiyyətin xarakteri dəyişməyincə, o zaman bu milli siyasətdə də dəyişiklik olmaz və olmadı.

Ən ümumiləşdirici cavab `40 illik təcrübə nə verdi dünya tarixinə?`odur ki, ağıllı millətlər, ağıllı hakimiyyətlər bu yolu təqib etməyin, bu yolla getməyin zərərli, ziyanlı, faydasız olduğunu gördülər. Əlbəttə ki, 80 milyonluq İran əhalisi çox böyük qurbanlar verə-verə. Repressiv idi və bu gün də repressiv rejimdir... İrandakı rejimin 40 il qalması repressiyaya əsaslanır. Oradakı o basqı sisteminə əsaslanır. Milyonlarla insanlar, İran toplumunun sağlam hissəsi bu ölkəni tərk etdi. Milyonlarla insanlar repressiyaya məruz qaldı və bu boşluqda bu repressiv rejim öz varlığını təsbit etdi, qorudu. Dünya siyasətində ən böyük təcrübə siyasi İslamın effektsiz bir model yaratmağı oldu.”

İnqilab azərbaycanlılara nə verdi?

“Azərbaycanlılar şah rejimindən də, onun yıxılmasından da çox şey gözləyirdilər. Yenə inqilab oldu. Yenidən pərişan oldular. Çünki Xomeyni bu hərəkat dönəmində çox böyük vədlər vermişdi. Onun yanında olan liberal, kommunist, islamçı qüvvələrin hamısı qeyri-farsların da hüquqlarının təmin ediləcəyi haqqında bəyanatlar verdilər. Başda Xomeyni olmaqla. Amma ayaqlarını möhkəmlədəndən sonra bu vədləri unutdular…

Hakimiyyətin `çalması` dəyişdi, amma xarakteri dəyişmədi.

Hakimiyyətin xarakterinə baxsaq, dövlətin xarakterinə baxsaq, fars dövləti xarakterində olan və qeyri-farslara ikinci dərəcəli bir əhali kimi yanaşan bir hakimiyyətdir. Yəni hakimiyyətin `çalması` dəyişdi, amma xarakteri dəyişmədi. Azərbaycanlılar ilk əvvəllər bir şeylər gözləyirdilər, amma çox tezliklə məlum oldu ki, bunlardan böyük bir şeylər gözləmək özü sadəlövhlükdür. Çünki ideologiya nə qədər dəyişsə belə, amma hakimiyyətin xarakteri dəyişməyincə, o zaman bu milli siyasətdə də dəyişiklik olmaz və olmadı...Baxmayaraq ki, İran İslam cumhuriyyətinin ana yasasında çox cüzi bir dəyişiklik oldu. Deyildi ki, İran polietnik bir millətdir. Yəni bu `qövmlərdən` ibarətdir. Və orada bir bənd var, bu məşhurdur. Bunu da bizim güneylilər çox yaxşı bilirlər. Ədəbiyyat dərslərində fars dili ilə yanaşı yerli dillərin işlədilməsinə də icazə verilirdi. Bu, qeyri-farslara verilmiş bir `sədəqə` idi. Ona belə əməl etmədilər.”

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG