Accessibility links

Nəsib Nəsibli: Bir zamanlar Elçibəyi İran-Azərbaycan münasibətlərini pozmaqda ittiham edirdilər


Azərbaycanın Tehrandakı sabiq səfiri, tarixçi alim Nəsib Nəsibli Amerikanın Səsi ilə söhbətdə son həftələrdə gərginləşən İran-Azərbaycan münasibətlərini dəyərləndirib.

Nəsib Nəsibli deyir ki, “bir zamanlar prezident Elçibəyi İran-Azərbaycan münasibətlərini pozmaqda ittiham edirdilər. Amma sonra göründü ki, bu, iki dövlətin başındakı şəxlərdən asılı deyil.”

Son 30 ildə gərginlik gah artmış, gah azalmış. Bu da iki dövlətin başında duran şəxslər və onların yürütdüyü siyasətlərdən asılı deyil.

“Bu gərginlik həmişə bu səviyyədə davam edə bilməz. Amma məsələ buradadır ki, bu, sistemli ziddiyyətlərin əlamətidir. Son 30 ildə mütəmadi olaraq iki ölkə arasında münasibətlər gərginləşmiş, bəzən soyumuş, bəzən də isti bir hava əsməyə başlamış,” sabiq səfir söyləyir.

O, son 30 il ərzində iki ölkə münasibətlərində yaşanan gərginliklərdən bəzi nümununələrə işarə edərək deyir: “Gərginlik gah artmış, gah azalmış. Ona görə, deyirik ki, bu, dövlətin başında duran şəxslər və onların yürütdüyü siyasətlərdən asılı deyil. Ruhanimi olsun, ya indiki daha sərt mövqeyi ilə seçilən [İbrahim Rəisimi] olsun, ya deyək ki, Azərbaycanın başında Elçibəymi olsun, Heydər Əliyevmi, ya İlham Əliyevmi olsun Azərbaycanın başında bunun münasibətlərin xarakterinə təsiri azdır. Burada geosiyasi bir düyün var. Bu düyünü çözmək də çox çətindir.”

Tarixçi alim Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin bir zamanlar bəzi kəsimlər tərəfindən İran-Azərbaycan münasibətlərinin pozulmasının səbəbkarı kimi göstərilməsini tənqid edir:

Azərbaycanın eyni adda böyük bir hissəsi İran İslam Cümhuriyyəti sərhədləri daxilində olmasaydı, orada məzlum bir türk milləti olmasaydı, münasibətlər əlbəttə ki, başqa bir məcrada inkişaf edərdi.

“Bir zaman hətta Elçibəyi ittiham etdilər ki, o, bu iki ölkə arasında münasibətlərin pozulmasının səbəbkarıdır. Yanlışdır. Çünki, ondan sonra Heydər Əliyev və İlham Əliyev dönəmində də münasibətlər pozuldu. Gördük ki, bu, münasibətlər şəxslərdən asılı deyil.”

Onun sözlərinə görə, “Azərbaycanın eyni adda böyük bir hissəsi İran İslam Cümhuriyyəti sərhədləri daxilində olmasaydı, orada məzlum bir türk milləti olmasaydı, münasibətlər əlbəttə ki, başqa bir məcrada inkişaf edərdi.”

Tarixçi alim İranın İsrail-Azərbaycan münasibətlərdindən narahatlığına işarə edərək deyir ki, “Azərbaycan müstəqil bir dövlətdir və İsrail ilə münasibətlərini genişlətməyə həm haqqı çatdır, həm də buna ehtiyacı var.”

Nəsib Nəsibli müsahibədə həmçinin İranın Zəngəzur dəhlizinin açılması ilə əlaqədar narahatlığının səbəblərini dəyərləndirib:

Bir zaman hətta Elçibəyi ittiham etdilər ki, o, bu iki ölkə arasında münasibətlərin pozulmasının səbəbkarıdır. Yanlışdır. Çünki, ondan sonra Heydər Əliyev və İlham Əliyev dönəmində də münasibətlər pozuldu.

“Zəngəzur koridoru təkcə Türk Dünyasının parçalanması amili deyil, həm də Azərbaycanı bölür. Azərbaycanın ən yumşaq yerlərindən birisi, geosiyasi problemlərindən birisi də Naxçıvanla quru əlaqələrin olmamasıdır. İran tərəfi bilir ki, Rusiyanın nəzarəti altında olsa belə, Zəngəzur koridorunun işləməsi Azərbaycan Respublikasının əlinin, qolunun açılmasına səbəb olacaq.”

O, Zəngəzur koridorunun açılmasının Azərbaycan Respublikasının İrandan asılılığının aradan qaldırılması anlamına gələcəyini ifadə edir:

“Azərbaycan Cümhuriyyətinin rəhbərliyi bu günə qədər həmişə İranı yanına almağı tərcih etmiş. Münasibətlərin gərginləşməsində maraqlı olmadığını həmişə göstərmiş. İran İslam Cümhuriyyətinə ünvanlanmış bəyanatlarında həmişə isti bir ruh görünürdü. Amma Zəngəzur koridorunun işləməyə başlaması artıq Azərbaycan Cümhuriyyətinin İrandan asılılığının ləğvi deməkdir. İran da bunu hesablayır.”

İran rəsmiləri daxili istehlak üçün bu cür əndazəsiz bəyanatlar verirlər. Bu da həm İrandakı türklüyə göz dağı vermək üçündür.

Nəsib Nəsibli İslam Respublikasının bölgədə siyasi sabitlik istəmədiyini vurğulayır.

Onun sözlərinə görə, “İran ikinci Qarabağ savaşından sonra ortaya çıxan istiqrarçı bir ortamın yaranmasından narahatdır. Çünki Azərbaycanla Ermənistan arasında savaşın olmasını İran öz dövlət maraqlarına həm ticarət, həm siyasət baxımından uyğun bir hal hesab edirdi. İndi isə burada bir əməkdaşlıq ortamının yaranmasından narahatdır.”

Tarixçi alim İran rəsmilərinin sərt açıqlamalarının eyni zamanda daxili istifadə üçün olduğunu önə çəkir: “Daxili istehlak üçün bu cür əndazəsiz bəyanatlar verilir. Bu da həm İrandakı türklüyə göz dağı vermək üçündür. Baxın Azərbaycan sərhədlərində Arazın cənubunda təlimlərə başlamasına, kütləvi həbslərin keçirilməsinə. Bu eyni zamanda İrandakı türk hərəkatından narahatçılığın ifadəsidir.”

XS
SM
MD
LG