Accessibility links

Netanyahu Rəfahdakı dinc əhalinin təxliyyə edilməsi əmrini verib


İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü İsrail ordusuna Qəzza zolağının cənubundakı əhalinin çox olduğu Rəfah şəhərindən mülki fələstinliləri təxliyə etmək və HƏMAS militantlarının orada qalan son qüvvələrini məğlub etmək üçün ikili plan hazırlamağı əmr edib.

Netanyahunun ofisi bu addımı zolağın başqa yerlərindəki döyüşlərdən qaçaraq, şəhərə gələn və orada ilişib qalan yüz minlərlə fələstinli üçün son sığınacaq olan Rəfaha qurudan hücuma başlamaq təhdidindən sonra İsrailə təzyiqlərin artdığı bir vatxda elan edib. bildirib.

ABŞ prezidenti Co Bayden cümə axşamı deyib ki, İsrailin HƏMAS-ın oktyabrın 7-dəki hücumlarına cavabı "həddən artıq olub". Vaşinqton mülki əhalinin maraqları nəzərə alınmadan Rəfahda başlanan hər hansı hərbi əməliyyatı dəstəkləməyəcəyini bildirib.

Humanitar yardım qrupları İsrail qüvvələrinin Rəfaha hücuma başladığı halda əhəmiyyətli sayda fələstinlinin öləcəyini bildirib və Misir sərhədindəki şəhərdə artan humanitar böhran barədə xəbərdarlıq edib.

Qəzzanın 2,3 milyon sakininin yarıdan çoxu hazırda Rəfaha sığınıb. Onların çoxu bağlı sərhəddə sıxışıb qalıb və müvəqqəti çadırlarda yaşayır. Rəfahdakı həkimlər və yardım işçiləri oradakı insanlara mühüm yardım göstərmək və xəstəliklərin yayılmasının qarşısını almaq üçün əllərindən gələni edir.

Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland İsrailin orada əməliyyatlarının genişlənəcəyi təqdirdə oranın “qan gölünə” çevriləcəyi barədə xəbərdarlıq edərək, “Nəhəng qaçqın düşərgəsində heç bir müharibəyə imkan vermək olmaz” deyib.

Forum

XS
SM
MD
LG