Accessibility links

Benyamin Netanyahu Avropa ölkələrinin səfirliklərini Qüdsə köçürəcəyinə inanır


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın ardınca Avropa ölkələrinin əksəriyyətinin, ya da hər birinin səfirliklərini Qüdsə köçürəcəyinə və bu şəhəri İsrailin paytaxtı kimi tanıyacağına inandığını deyib.

Brüsseldə Avropa İttifaqının xarici məsələlər üzrə yüksək səviyyəli nümayəndəsi Federika Moqerini ilə birgə mətbuat konfransında Netanyahu deyib ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması faktları açıq aydın nümayiş etdirir və sülh reallığa əsaslanır.

“İndi Amerika administrasiyası yeni sülh təklifləri istiqamətində səylər göstərilir. Düşünürəm ki, biz sülhün əldə edilməsinə şans verməliyik. Məncə, biz təklifə nəzər salmalıyıq. Amma bizim bu yola başlamağımız üçün yəhudi dövləti qəbul edilməlidir. Hər şey yəhudi dövlətinin tanınmasından başlayır. Və fələstinlilərin yəhudi dövlətini tanımalarının vaxtı çatıb. Onlar bu dövlətin paytaxtı olması faktını da tanımalıdır. Bu paytaxtın adı Qüdsdür”- deyə, Benyamin Netanyahu bildirib.

Moqerini çıxışında Avropa İttifaqının İsrail-Fələstin sülh danışıqlarının bir hissəsi kimi bu münaqişə həll edilənə qədər Qüdslə bağlı beynəlxaq konsesusa riayət etməkdə davam ediləcəyini bildirib.

Prezident Trampın qərarı bazargünkü nümayişlər də daxil olmaqla, müsəlman və ərəb dünyasında etiraz aksiyalarına səbəb olub.

Livanın təhlükəsizlik qüvvələri Beyrutda Birləşmiş Ştatların səfirliyi qarşısında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqda qərarına etiraz edən livanlı və fələstinli nümayişçiləri dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

Ərəb Liqasının baş katibi Əhməd Əbul Geyt dünya ölkələrini Trampın elanına cavab olaraq, Fələstini paytaxtı Qüds olmaqla suveren dövlət kimi tanımağa çağırıb.

Ərəb ölkələrinin xarici işlər nazirləri həmçinin, BMT-nin Təhlükəsizlik Şurasını Trampın qərarını pisləyən qətnamə qəbul etməyə çağırıb.

XS
SM
MD
LG