Accessibility links

Barak Obama Benyamin Netanyahu ilə görüşməyəcək


Ağ Ev ABŞ prezidenti Barak Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə onun mart ayında Amerikaya səfəri zamanı görüşmək niyyətində olmadığını bildirib.

Milli Təhlükəsizlik Şurasının sözçüsü deyib ki, prezidentin seçkilər öncəsi digər ölkələrin dövlət başçıları ilə görüşməməsi prinsipial mövqedir.

Netanyahu Amerikaya mart ayının 3-də, İsraildə keçiriləcək seçkilərdən 3 həftə əvvəl gəlməlidir.

Beyner İsrail baş naziri Benyamin Netanyahunu Konqresin gələn ay keçiriləcək ortaq iclasında çıxış etməyə ABŞ Nümayəndələr Palatasının spikeri Con dəvət edib.

Bu dəvət respublikaçıların İrana qarşı daha sərt sanksiyalar çağırışının bir hissəsidir.

ABŞ və digər dünya qüdrətləri Iranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün Tehranla razılıq əldə etməyə çalışırlar. Cənab Netanyahu İranın böyük düşmənidir və ABŞ-la İran arasında aparılan danışıqlar zamanı ABŞ-ın İrana çox güzəştə getməsi ilə bağlı narahatlığını dilə gətirib.

İsrail lideri daha öncə iki dəfə Konqresin qarşısında çıxış edib. Lakin Beyner bu dəfə Netahnayunu Obamanın sanskiyaların əleyhinə olduğu üçün onunla üzləşmək məqsədilə dəvət edib.

Obama bildirib ki, Konqres İrana qarşı daha çox sanksiya təsdiq etdiyi halda o, sanksiyalara veto qoyacaq.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG