Accessibility links

Netanyahu toxunulmazlıq tələbindən imtina etdi


İsrailin Baş Naziri Benyamin Netanyahu korrupsiya ittihamı ilə təqibdən toxunulmazlıq istəyini geri götürdüyünü açıqlayıb.

Rəsmi Facebook səhifəsində yayımlanan açıqlamada Netanyahu Knessetin spikerinə qərarı barədə məlumat verdiyini və bu "çirkli oyun" adlandırdığı məsələdə iştirak etmək istəmədiyini deyib.

İsrail parlamenti Netanyahunun toxunulmazlıq tələbini müzakirə edəcək komitənin yaradılmasını müzakirə etmək üçün toplaşmalı idi.

Onun verdiyi qərar ilə Netanyahuya qarşı məhkəmə proseslərinin irəliləməsi üçün artıq yol açıqdır. Netanyahu bütün iddiaları rədd edir.

Noyabr ayında üç ayrı iş üzrə - rüşvət, fırıldaqçılıq və etibarın pozulması ilə bağlı ona qarşı ittiham irəli sürülüb.

İttihamların birində onun dostlarından və tanışlarından siqar, şampan və zərgərlik məmulatları kimi qiymətli hədiyyələr aldığı deyilir. Ən ciddi ittiham isə Netanyahunun onun təbliğatı üçün mətbuat yayımlarının edilməsi qarşılığında İsrail telekom nəhəngi Bezeq-ə faydalı olacaq qaydaları irəli sürməsidir.

Hadisələr Netanyahunun mart ayında yenidən seçilməsini istədiyi bir vaxt cərəyan edir.

Onun əsas rəqibi Benni Qantz bildirib ki, seçicilər onlar üçün işləyəcək bir baş nazir və ya özü üçün işləyəcək biri arasında seçim etməlidir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG