Accessibility links

Tramp İsrailin Qolan təpələrini əhatə edən suverenliyini tanıdığını bəyan etdi


İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ prezidenti Donald Trampla qısamüddətli görüş keçirdikdən sonra Qəzza zolağından edilən raket hücumlarına görə dərhal vətəninə dönüb.

Benyamin Netanyahunun Birləşmiş Ştatlara qısa səfəri onun aprel ayının 9-da keçiriləcək seçkilərdə yenidən seçilməsi üçün siyasi dəstək əldə etməyə çalışdığı bir vaxta təsadüf edir.

ABŞ prezidenti Qolan təpələrini də əhatə edən İsrailin suverenliyinə dair fərmanı baş nazirin iştirakı ilə imzalayıb.

"Bu, uzun zaman aldı. Fəman on illər əvvəl imzalanmalı idi" - deyə, prezident bildirib.

Netanyahu deyib ki, Trampın imzası yarım əsr əvvəl imzalanan hərbi qələbəni diplomatik qələbəyə çevirdi.

"Biz mənəvi yüksəkliyimizi qoruyacaq və bundan heç vaxt imtina etməyəcəyik" , İsrail lideri vurğulayıb.

Netanyahu çərşənbə axşamı Ağ Evdə şam ziyafətində iştirak və Birləşmiş Ştatların yəhudi dövlətinin Amerika Birləşmiş Ştatlarındakı ən böyük lobbiçi qrupu olan “İsrail İctimai Əlaqələr Komitəsi”ndə çıxış etməli idi.

İsrailin baş naziri səfərindəki dəyişikliklərlə bağlı açıqladığı bəyanatında İsrailə qarşı “cinayətkar hücuma” cavab olaraq, İsrailin güc tətbiq edəcəyini bildirib.

Qəzza zolağından Tel-Əviv şəhərinin şimal hissəsindəki bir evə düşən raket yeddi nəfərin yaralanmasına səbəb olub.

İsrail ordusu hücumda Həmas qrupunu günahlandıraraq, buna cavab olaraq Qəzza sərhədinə əlavə hərbi qüvvə göndərib.

Benyamin Netanyahunun Birləşmiş Ştatlara qısa səfəri onun aprel ayının 9-da keçiriləcək seçkilərdə yenidən seçiləməsi üçün özünə siyasi dəstək və prezident Trampın İsrailin suverenliyini mübahisəli Qolan Təpələri üzərində tanımasını bəyan edəcəyi bir vaxta təsadüf edir.

XS
SM
MD
LG