Accessibility links

Benyamin Netanyahu ona qarşı irəli sürülən korrupsiya ittihamlarını rədd edib


İsrailin baş naziri Benyamin Netanyahu koalisiya hökumətinin möhkəm olduğunu deyib və polisin onun iki fərqli korrupsiya hallarında günahlandırmasını rədd edib.

Netanyahu İsrail vətəndaşlarının rifahı naminə vəzifə müddətinin sonuna dək birgə çalışmağa davam edəcəyini deyib.

Cinayət ittihamları çərşənbə axşamı Netanyahunun milyarderlərdən bahalı hədiyyələr qəbul etməsi ilə bağlı bir ay davam edən təhqiqatlardan sonra irəli sürülüb.

Netanyahunun qəzet naşirinə pozitiv xəbər yazması qarşılığında yaxşılıq edəcəyini deməsi iddia edilir. Netanyahu ittihamların əsassız olduğunu deyir.

“Bu illərdə mənə qarşı çox sayda təyziqlər, 15 sorğu-sual və təhqiqatlar başladılıb. Və məqsəd vəzifədən getməmə nail olmaqdlr. Bütün bunlar fitnəkar başlıqlar və canlı yayımlarla başladılıb. Bu ittihamların bəziləri eynən bu axşamkı kimi polisin gurultulu təqdimatları ilə sona çatıb” deyə Netanyahu bildirib.

İsrail qanunvericiləri Netanyahunun qanunla bağlı problemləri mövzusuna münasibət bildirib.

“Bütün bu illərdə o, dürüst və etibarlı insan və lider kimi nüfuz qazanıb. Mən düşünürəm ki, bu ittihamlar aradan qalxacaq” deyə Likud partiyasının üzvü Şarren Haskel bildirib.

“Netanyahunun vəzifədən getməsini istməyimiz təkcə ona qarşı ittihamlar deyil, onun adını təmizə çıxarmaq yolunda İsrailin demokratiyasının təməlinə zərər yetirməsidir. Buna görə biz bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün onun istefa verməsini istəyirik” deyə Merav Mikaeli bildirib.

Baş prokuror Netanyahunun təqsirli olub-olmadığına qərar verəcək.

XS
SM
MD
LG