Şənbə günü Kyivdə və qərbdə yerləşən Lviv şəhərində partlayış səsləri eşidilib. Ukrayna paytaxtının meri deyib ki, xilasedicilər və tibb işçiləri şəhər yaxınlığında partlayışın baş verdiyi yerdə xilasetmə işləri aparır.
Tələfat və ya dağıntı barədə dərhal məlumat paylaşılmayıb.
Prezident Volodimir Zelenski deyib ki, Rusiya ilə yeddi həftədir davam edən müharibədə təxminən 2500-3000 qoşun ölüb, 10 000-ə yaxını yaralanıb, ancaq o, mülki vətəndaşlar arasında ölüm halları ilə bağlı məlumatın omadığını söyləyib.
O, cümə günü CNN-ə deyib ki, müharibədə 19 000 – 20 000 aras rusı əsgər ölüb. Moskva ötən ay 1351 Rusiya əsgərinin öldüyünü, 3825-nin yaralandığını bildirmişdi.
Reuters bu rəqəmləri müstəqil şəkildə yoxlaya bilməyib.
Rusiya cümə günü Kyivə daha çox hücum etməyi vəd edib və bildirib ki, Kyiv yaxınlığında gəmi əleyhinə raketlər daxil olmaqla başqa raketləri istehsal və təmir edən Vizar zavoduna kruiz raketləri ilə hücum edib.
Hücum cümə axşamı Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva”nın batmasından sonraya təsadüf edib.
Ukrayna bildirib ki, “Moskva”nın batmasına onun raketlərindən biri səbəb olub. Moskva gəminin sursat partlaması nəticəsində yaranan yanğından sonra fırtınalı dənizdə batdığını və 500-dən çox dənizçinin evakuasiya edildiyini bildirib.
ABŞ-ın yüksək vəzifəli rəsmisinin bildirdiyinə görə, Birləşmiş Ştatlar “Moskvanı” Ukraynanın iki raketinin vurduğunu və Rusiya tərəfində tələfatların olduğuna inanır, amma rəqəmlər bəlli deyil.
Bu qiymətləndirmələrin heç biri müstəqil şəkildə yoxlanıla bilməyib.
Ukrayna ordusu şənbə günü Qara Dənizdə Rusiyanın dənizdən atıla bilən raketlərlə təchiz olunan gəmilərinin olması Rusiyanın onlardan Ukraynanın müdafiə sənayesi və logistika infrastrukturana hücum etmək üçün istifadə edə biləcəyinə dair ehtimalların yüksək olduğunu işarə etdiyini deyib.
Onlar həmçinin Rusiya donanmasının Mariupol limanını bağlamaq üçün Azov dənizində fəallıq göstərdiyi bildirib. Ukrayna orada Rusiyanın mühasirəsindən qurtulmağa çalışdığı üçün quru döyüşlərinin intensivləşdiyini bildirir.
Rusiyanın hərbi müdaxiləsindən öncə 400 min sakini olan Mariupol dağılıb. Minlərlə mülki vətəndaş ölüb, on minlərlə insan şəhərdə ilişib qalıb.
“Mariupolda vəziyyət çətin və mürəkkəbdir. Hazırda döyüş gedir. Rusiya ordusu şəhərə hücum etmək üçün mütəmadi olaraq əlavə birliklər çağırır,” müdafiə nazirliyinin sözçüsü Oleksandr Motunzyanik brifinqdə bildirib. O deyib ki, ruslar şəhəri tamamilə ələ keçirməyib.
“Əhəmiyyətli” qələbələr
Zelenski deyib ki, ölkənin cənub və şərqində hərbi vəziyyət “hələ də çox mürəkkəbdir,” ancaq o, silahlı qüvvələrinin gördüyü işi tərifləyib.
“Bizim ordumuzun döyüş meydanındakı uğurları əhəmiyyətlidir, tarixi əhəmiyyətə malikdir. Amma onlar hələ də torpaqlarımızı işğalçılardan təmizləmək üçün yetərli deyil. Biz onları daha çox məğlub edəcəyik,” Zelenski gecə yarısı etdiyi video müraciətində deyib və müttəfiqləri daha ağır silahlar göndərməyə və Rusiya neftinə beynəlxalq embarqo tətbiq etməyə çağırıb.
Washington Post məsələ ilə yaxından tanış olan insanlara istinadən bildirib ki, məlumatına görə, Zelenski ABŞ Prezidenti Co Baydeni Birləşmiş Ştatların Rusiyanı, Şimali Koreya, Kuba, İran və Suriya kimi “terroru dəstəkləyən dövlət” kimi müəyyən etməyə çağırıb.
Ağ Evin sözçüsü cavab olaraq deyib ki, “Biz Putinə təzyiqi artırmaq üçün bütün variantları nəzərdən keçirməyə davam edəcəyik.”
Ukraynanın baş naziri Denis Şmihal və yüksək vəzifəli maliyyə rəsmiləri gələn həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankında görüşlərdə iştirak edəcəklər. Bu barədə Reuters-ə mənbələr xəbər verib.
Bu, Ukrayna rəsmilərinin Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən bəri inkişaf etmiş ölkələrin maliyyə rəsmiləri ilə ilk üz-üzə görüşləri olacaq.
Mariupolda müqavimət
Əgər Moskva Mariupolu zəbt etsə, bu, rusların ələ keçirdiyi ilk şəhər olacaq.
Rusiyanın müdafiə nazirliti şəhərdə İlliç polad zavodunu ələ keçirdiyini bildirib. Bu məlmatı təsdiq etmək mümkün olmayıb. Ukraynalı müdafiəçilərin əsasən başqa bir nəhəng polad zavodu olan Azovstalda müqavimət göstərdikləri güman edilir.
Hər iki zavod Ukraynanın ən zəngin iş adamının imperiyası və Ukraynanın sənaye şərqinin dayağı olan Metinvest imperiyasına məxsusdur. Şirkət cümə günü Reutersə bildirib ki, heç vaxt müəssisələrinin Rusiyanın işğalı altında fəaliyyət göstərməsinə imkan verməz.