Accessibility links

Donald Trampın Nyu-Meksikodakı kampaniyası nümayişçilərin qəzəbi ilə qarşılanıb


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampın Nyu-Meksikodakı kampaniyası nümayişçilərin qəzəbi ilə qarşılanıb. Onlar barrikadaları dağıdıb. Atlı polis işçiləri nümayişçilərə dəfələrlə xəbərdarlıq edib.

Etirazçılar əllərində anarxiya rəmzi, “Tramp faşistdir” və “Artıq çox eşitmişik” kimi sözlər yazılmış plakatlar qaldırıb.

Onlar Trampın “Amerikanı yenidən möhtəşəm ölkə edək” devizi yazılmış köynəkləri yandırıb.

Albuquerque Qurultay Mərkəzinin şüşə qapıları butulka və daşlarla hədəf alınıb.

Bəzi nümayişçilər Trampın çıxışına mane olub, onların bir neçəsi zaldan xaric edilib.

Bu, Donald Trampın ispan əsillilərin sıx məkunlaşdığı Nyu-Meksikoya ilk səfəri olub.

XS
SM
MD
LG