Accessibility links

Yeni İl gecəsi təhlükəsizlik tədbirləri gücləndirilib


Yeni İldə mümkün terror təhdidlərinə görə dünyanın böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Sidney
Sidney

Avstraliyanın paytaxtı Sidney 2016-ci ili böyük atəşfəşanlıqla ilk qarşılayanlardan biri olacaq.

İndoneziyanın paytaxtı Cakartada keçiriləcək bayram festivalı zamanı terror hücumu planlaşdırıldığı aşkar edildikdən sonra polishazır vəziyyətə gətirilib.

Brüssel
Brüssel

Yeni terror hücumları ilə təhdid edilən Brüsseldə ümumiyyətlə Yeni İl şənlikləri təxirə salınıb. Bayram şənliklərinin təxirə salınması qərarı polisin bu həftənin əvvəlində Yeni İl gecəsi terror hücumları planlaşdırmaqda şübhəli bilinən iki şəxsi həbs etməsindən sonra verilib.

Yeni il gecəsi bir milyona qədər insanın Times Square meydanına toplaşacağı Nyu-York şəhərində də təhlükəsizlik tədbirləri gücləndirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG