Accessibility links

Nyu-Yorkun LaGuardia hava limanında təyyarə qəzaya uğrayıb


Nyu-York şəhərinin LaGuardia hava limanı təyyarənin eniş zolağından sürüşərək idarəsini itirməsi nəticəsində müvəqqəti olaraq bağlandıqdan sonra yenidən açılıb.

Southwest Airlines hava şirkətinə məxsus təyyarə enən zaman burnu yerə dəyib. Hadisənin şahidləri bildirir ki, təyyarənin burnu eniş zolağına dəydikdə onun ön hissəsi yanmağa başlayıb.

Sərnişinlər təcili çıxış qapısından istifadə edərək xilas olunub. Yüngül xəsarət alan dörd sərnişin və altı ekipaj üzvü müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.

LaGuardia hava limanın müvəqqəti olaraq bağlanması ölkə boyu bir çox uçuşların təxirə salınmasına səbəb olub.

Dallas şəhərində yerləşən Southwest şirkətindən verilən açıqlamaya görə, təyyarədə 150 sərnişin olub. Hava limanı administrasiyası isə sərnişinlərin sayının 149 olduğunu deyib.

Hava limanı rəsmiləri heç bir xəbərdarlıq olmadan təyyarənin eniş mexanizminin sıradan çıxmasının qeyri-adi hal olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG