Accessibility links

Nyu-York şəhərini terror hücumlarından qorumaq üçün “Fövqəladə reaksiya komandası” yaranıb [Video]


Nyu-York şəhərini terror hücumlarından qorumaq üçün “Fövqəladə reaksiya komandası” yaranıb
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Beyrutda və Parisdə həyata keçirilən terror hücumlarından sonra Nyu-York şəhərini gələcək terror hücumlarından qorumaq üçün “fövqəladə reaksiya komandası” adlı xüsusi qrup şəhərdə yerləşdirilib. Bu komandaya ezam olunmuş 500 zabitin vəzifəsi təkbaşına, yaxud yaxşı koordinasiya olunmuş hücumlara cavab verməkdir.

Nyu-yorklular Fransaya dəstək yürüş keçirdi. Onlar "11 sentyabr" memorialında bir araya gələrək, həyatlarını itirən fransalıların xatirəsini Fransanın milli himni olan “Marselyeza”nın sədaları altında andılar.

Tədbirdə iştirak edən Fransanın baş konsulu Fransa torpağında həyata keçirilən hücumların II Dünya Müharibəsindən bəri ən dəhşətli hücumlar olduğunu dedi. “Bu, müharibə aktı idi. Bu gün Fransa müharibə şəraitindədir" deyə, o bildirdi.

Bu arada isə şəhər rəsmiləri keçirdikləri iclasda şəhərin qorunması üçün 500 nəfər polis zabiti və xüsusi təlim keçmiş itlərdən ibarət birləşmənin şəhərdə yerləşdirildiyini bəyan etdilər. Nyu-York meri Bill Deblasio: “Bu güclü komanda ilə biz şəhəri əvvəlkindən daha möhkəm qoruyacağıq. Amerikada elə bir şəhər yoxdur ki, terrordan Nyu-York şəhərinin qorunduğu kimi qoruna bilsin.”

Nyu-York şəhərinin baş polis komissarı Villiam Bratton xüsusi M-4 yarı-avtomat silahlar və smartfon texnologiyası ilə təchiz olunmuş xüsusi birləşmənin üstünlüklərini önə çəkib. “Onlar təlimlər keçib və bu günlər Parisdə şahidi olduğumuz atışma halları kimi vəziyyətlərdə reaksiya vermək üçün davamlı olaraq geniş təlim alacaq. Bununla hər hansı bir vaxt şəhərdə 100 ən yüksək təlim almış polis zabiti keşik çəkəcək.”

Bratton xüsusi komandanın diqqətinin yalnız turistlərin çox olduğu Times meydanı kimi yerlərə deyil, hədəf olacağı daha az ehtimal edilən restoranlar və konsert zalları kimi yerlərə yönəlməli olduğunu deyib. O, 2016-cı ilin iyun ayından başlayaraq, eyni zamanda iyirmidən çox mümkün hücumun qarşısını almaq üçün şəhərdə əlavə 2 min polis zabitinin yerləşdiriləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG