ABŞ qəzetinin yazdığına görə, prezident Barak Obama administrasiyasının rəsmiləri İsraili əmin ediblər ki, İranın nüvə silahına yiyələnməsi üçün ən azı bir il vaxt lazımdır. New York Times qəzeti nüvə məsələləri üzrə prezidentin baş müşaviri Qəri Samora istinadən bildirib ki, İranın nüvə materiallarını silaha çevirməsi azı 1 il alacaq. Onun sözlərinə görə, bir il uzun müddətdir. Qəzet yazır ki, rəsmilər bunun İsrailin bir il ərzində İranın nüvə obyektlərini vurmaq şansını azaldığına inanır. İsrail nüvəyə malik İranı öz müvcudiyyətinə hədə kimi görür. Çünki İran liderləri dəfələrlə yəhudi dövlətinin məhvinə çağırıb.
Rəsmilər bu məlumatın İsrailin bir il ərzində İranın nüvə obyektlərini vurmaq şansını azaldığına inanır