Havanın şaxtalı olmasına baxmayaraq minlərlə insan 2018-ci ili qarşılamaq üçün Nyu-Yorkun Times Square meydanına toplaşdı. Bu ənənə 1904-cü ildən bəri davam edir.
İş yerində cinsi təcavüzə məruz qalan və cinsi təcavüzə diqqət çəkmək üçün "MeToo" hərəkatına başlayan ictimai aktivist Təranə Börk şəhərin meri Bill de Blasio və onun həyat yoldaşı Şirleynlə birlikdə Yeni İli təcəssüm etdirən məşhur topun enişini başladan düyməni basmaq mərasiminə qatıldı.
Billur top yavaş-yavaş aşağı endikdən və 2018-ci ilin gəldiyini nümayiş etdirdikdən sonra meydandakı kütlə adəti üzrə bir-birini təbrik etdi.
Londonda Temza çayı sahilinə 100 minlərlı insan 2018-ci ili məşhur Big-Ben saatının zəngi və atəşfəşanlıqlarla qarşıladı.
Avstraliyanın Sidney şəhərində isə təxminən 1,5 milyon insan simvolik Liman Körpüsü və opera evinin üstündəki göy qurşağı atəşfəşanlıqlarını seyr etdi.