Bazar ertəsi Yeni Zelandiyanın iki əsas adasından biri olan Şimal adasında püskürməyə başlayan vulkan ən azı 5 nəfərin ölümünə və 20 nəfərin yaralanmasına səbəb olub.
Təcili yardım xidməti bildirib ki, vulkan püskürəndə Bəyaz adada (Vhakaari) təqribən 50 nəfər olub. Vulkanın püskürdüyü anı canlı çəkən kameralar püskürmə başlamazdan bir neçə dəqiqə əvvəl krater mərtəbəsində gəzən turistləri göstərib.
Paytaxt Vellinqtonda jurnalistlərlə danışan Polis Komissarının müavini Con Tims zərər çəkənlərin sayının artacağını söyləyib. Çünki hələ də bir neçə nəfər itkindir.
Con Tims (Polis Komissarının müavini) bildirib:
"Mövcud risk səbəbi ilə təcili yardım xidmətləri adaya daxil ola bilmir. Bununla əlaqədar olaraq, GeoNet agentliyindən məsləhət aldıq. Onlar bizə adanın təhlükəli vəziyyətdə olduğunu müəyyən etməyə kömək etdilər. Vulkanın yenə püskürəcəyi ehtimal edilir. Yəni adaya getmək çox təhlükəlidir."
Tims adaya gələnlərin fərqli millətlərdən olduğunu və bəzilərinin beynəlxalq kruiz gəmisinin qonaqları olduğunu söyləyib. Sağ qalan 18 nəfərin əksəriyyəti yaralanıb, bəziləri isə ağır yanıb. Onlar müalicə üçün ərazidəki xəstəxanalara çatdırılıb.
Şimal adası Tauranqa şəhərinin 50 kilometr şimal-şərqində yerləşir.
Rəsmilər insanları Şimal adasının vulkana yaxın ərazilərindən uzaqlaşmağa çağırıb.
GeoNet agentliyi püskürməni orta dərəcəli olaraq təsnif edib.
GeoNet Bəyaz adanın Yeni Zelandiyanın ən aktiv konus vulkanı olduğunu və vulkanın təxminən 70 faizinin dənizin altında olduğunu deyib.