Accessibility links

Şənbə günü Neyt qasırğası güclənərək, sürətli şəkildə mərkəzi Meksika Körfəzindən ABŞ-ın Körfəz sahilinə doğru yaxınlaşıb. Milli Qasırğasının verdiyi məlumata görə, qasırğanın şənbə gecə quru əraziyə daxil olacağı gözlənilir.

Saatda 150 kilometr sürət ilə irəliləyən Neytin Körfəz Sahili ərazisinə daxil olmadan 2-ci kateqoriyaya yüksələcəyi təxmin edilir.

Luizianadan Alabama ilə Florida sərhədinə kimi uzanan ərazidə qasırğa ilə bağlı xəbərdarlıqlar edilib. Bu əraziyə 2005-ci ildə Katrina qasırğasının dağıtdığı Nyu Orleans şəhəri də daxildir. Cümə Nyu Orleans şəhərinin şərqindəki ərazilərin sakinlərindən evakuasiya etmələri tələb olunub.

Fırtına şiddətləndiyi üçün şənbə ABŞ-ın Körfəz sahilindəki əsas yük limanları bağlanıb.

Floridanın 29, Mississippinin altı qraflığı və Nyu Orleansda fövqəladə vəziyyət elan edilib.

Prezident Donald Tramp fırtınanın zərərlərini azaltmaq üçün federal yardımın ayrılmasına dair göstəriş verib. Tropik qasırğa sayılan Neyt bu həftənin əvvəli Mərkəzi Amerikada azı 25 nəfərin ölümünə səbəb olub.

Cümə ABŞ Dövlət Departamenti bəyanat verib. Bəyanatda “Biz Neyt qasırğasının təsirinə məruz qalan Nikaraqua, Kosta Rika və Hondurasın yanındayıq və qasırğa nəticəsində ölənlərin yaxınlarına başsağlığımızı bildiririk... Biz lazım olan hər bir yardımı etməyə hazırıq” deyilib.

Maria qasırğası

Vitse-prezident Mayk Pens cümə Maria qasırğası nəticəsində viran olan Puerto Rikoya, eləcə də İrma və Maria qasırğalarının təsirinə məruz qalan Sent Krua və ABŞ-ın Vircin adalarına səfər edib.

Fəlakətli beşinci kateqoriyalı Maria qasırğasının Puerto Rikoya zərər verməsindən iki həftə sonra, ABŞ ərazisi hələ də qasırğanın viranedici təsirlərindən qurtulmağa çalışır. Qubernator Rikardo Rossello deyib ki, Puerto Rikonun təkcə 8,6 faizinin elektriyi bərpa edilib, 1619 telekommunikasiya qüllələrindən isə yalnız 365-i təmir olunub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG