Accessibility links

Məhkəmə AXCP fəalına 10 sutka həbs cəzası verib [Yenilənib]


Nicat Nizamov

Nicat Nizamov yanvarın 9-da saxlanılıb

AXCP fəalı Nicat Nizamov Suraxanı Rayon Məhkəməsində 10 sutka inzibatı həbs cəzası alıb.

Bu barədəAmerikanın Səsinə AXCP –dən məlumat veriblər.

Məlumata görə gənc fəal Nicat Nizamov İnzibati Xətalar Məcəlləsinin "polisin qanuni əmrinə tabe olmamaq" maddəsi ilə ittiham olunub.

***

Yanvarın 9-da yaşadığı evdən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılan Azərbaycan Xaql Cəbhəsi Partiyasının (AXCP) fəalı Nicat Nizamov yanvarın 10-da Suraxanı rayon Məhkəməsinə aparılıb.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, fəalın saxlanılmasının səbəbləri ilə bağlı məlumat verilmir.

“Nicat Nizamov sosial şəbəkələrdə “Nardaran işi” məhkəməsi, Taleh Bağırzadə ilə bağlı statuslar yazdıqdan sonra saxlanılıb. Güman edirik ki, onun saxlanmas bununla bağlıdır”, o qeyd edib.

Polis fəalın saxlanılmasının səbəbləri ilə bağlı hələ açıqlama yaymayıb.

XS
SM
MD
LG