Accessibility links

Nida fırtınası nəticəsində Honq Konqda bütün müəssisələr fəaliyyətini dayandırıb


Güclü küləklər və yağışlarla müşayiət olan Nida fırtınası tropik qasırğaya çevrilərək, Honq Konqdan Çinin cənubuna doğru hərəkət edir.

Sinoptiklərin verdiyi məlumata görə, Quanqdonq vilayətində küləyin sürəti saatda 40-60 km.-ə çatır.

Fırtına nəticəsində Honq Konqda təyyarələrin uçuşları, birjalar və eləcə də bir çox müəssisənin fəaliyyəti dayandırılıb, insanlar iş yerləri və məktəblərə gedə bilməyib.

Honq Konq rəsədxanası Landua adasında yağıntı səviyyəsinin 200 mm.-dən çox səviyyəyə çatdığını bildirib.

Sinoptiklər fırtınanın Quanqxi vilayəti istiqamətində irəlilədikçə zəyifləyəcəyini ehtimal edir.

XS
SM
MD
LG