Accessibility links

NİDA-çı həbsdə saxlanıldı


Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı
Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı

Məhkəmə Rəşadət Axundovun şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə həbsdə olan NİDA üzvü Rəşadət Axundovun barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında apellyasiya şikayəti təmin edilməyib.

Vəkil Namiq Hacıyevin Turan-a verdiyi məlumata görə, hakim məhkəmənin istintaq müddətində fəalın həbs edilməsi haqqında qərarı qüvvədə saxlayıb.

Gənc fəalın girov müqabilində azadlığa buraxılması sualına gəlincə, vəkil bu qanunun Azərbaycanda işləmədiyini bildirsə də gələcəkdə bununla bağlı məhkəməyə müraciət olunacağını istisna etməyib.

Bundan əlavə, vəkil R.Axundovun barəsində həbs qətimkan tədbiri ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (azadlıq və toxunulmazlıq hüququ ilə bağlı ) ilə Avropa Məhkəməsinə şikayətin göndəriləcəyini bildirib.

Məhkəməyə gətirilmiş R. Axundov qeyd edib ki, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur, həbs isə siyasi motiv daşıyır.

R.Axundov NİDA gənclər hərəkatının uydurma partlayıcı maddələrdən istifadə ilə iğtişaş təşkil etmək və narkotik maddə saxlamaq ittihamı ilə həbs edilmiş 7 üzvündən biridir. Onlar martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs ediliblər.

Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb və dərhal azadlığa buraxılmalarını tələb edib. -
XS
SM
MD
LG