Accessibility links

Niderlandda terror hücumu planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb


Niderland polisi cümə axşamı erkən saatlarda Rotterdam şəhərində rok konsert zamanı terror hücumu həyata keçirməyi planlaşdırmaqda şübhəli bilinən 22 yaşlı şəxsi həbs edib.

Şübhəli şəxs ölkənin cənub vilayəti olan Brabantda keçirilən reyd zamanı saxlanılıb. Reyd zamanı polis, həm də, həmin şəxsin evinin axtarışını həyata keçirib.

Rəsmilər bir gün öncə keçirilməyi planlaşdırılan rok konserti təxirə salmışdılar. Buna səbəb, içində benzin kanisterləri olan şübhəli mikro-avtobusun müsadirə edilməsi olub.

Təşkilatçılar Allah-Las adlı Amerika rok qrupunun konsertini tədbirin keçiriləcəyi yerin yaxınlığında şübhəli mikro-avtobusun aşkar edilməsindən sonra təxirə salıblar.

Polisin cümə axşamı yaydığı bəyanatında bildirilir ki, İspaniya qeydiyyat nişalı maşının ispaniyalı sürücüsü kanisterlərin maşında olmasının səbəbi ilə bağlı izahat verib.

Məlumatda əlavə edilir ki, təhlükə ilə bağlı birbaşa bağlantı aşkar edilməsə də, sorğulama davam etdiriləcək.

XS
SM
MD
LG