Accessibility links

ABŞ ordusu Nigerdə öldürülən Amerika əsgərləri ilə bağlı istintaq aparır


ABŞ müdafiə naziri Cim Mattis bildirib ki, ordu bu ayın əvvəli Nigerdə islamçı militantlar tərəfindən öldürülən dörd amerikalının ölümü ilə bağlı istintaq aparır.

Əsgərlədən birinin cəsədi bu həftə artıq evinin yerləşdiyi Florida ştatına gətirilib.

Mattis deyib ki, ordu aldığı hər bir məlumatı icitmaiyyətlə doğru zamanda paylaşacaq.

“Qoşunlarımız itkisi ilə bağlı istintaq aparılır. Müdafiə Nazirliyi hər hansı məlumat vermədən öncə hər şeyi dəqiq bilmək istəyir. Amma bizim əlimizdə hələ dəqiq məlumat yoxdur. Olan kimi sizinlə bölüşəcəyik, çünki biz qoşunlarımızla fəxr edirik", Mattis deyib.

Əsgərlər bu ayın əvvəli İslam Dövləti militantlarının ABŞ və Niger qüvvələrinə pusqu qurması nəticəsində həlak olub.

Tez-tez Donald Trampı tənqid edən senator Con Makkeyn hücumla bağlı daha çox məlumat əldə edə bilmək üçün müdafiə nazirini ifadə verməyə çağırmaqla hədələyir.

XS
SM
MD
LG