Accessibility links

Nigeriyada kilsədə intiharçı hücumu zamanı 2 nəfər həlak olub


Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb

Nigeriya polisi ölkənin şimalında yerləşən Bauci ştatında kilsədə baş vermiş intiharçı hücumu zamanı iki nəfərin öldüyü, 45-dən çox insanın yaralandığını bildirib.


Hücum statın paytaxtı Bauci şəhərindəki katolik kilsəsində səhər baş verib.

Rəsmilər intharçının avtomobildə yerləşdirdiyi partlayıcıları kilsənin qarşısında işə saldığını bildirib. Polisin verdiyi məlumata görə, partlayış bir qadın və oğlanın, eləcə də intiharçının ölümülə nəticələnib.

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bundan öncə Nigeriyanın şimal bölgələrində eyni tipli hücumlara görə məsuliyyəti öz üzərinə Boko Haram yaraqlı götürmüşdü. Qrup Nigeriya hökuməti və ölkə konstitusiyasını tanımır.
XS
SM
MD
LG