Accessibility links

Boko Haram qrupu ilə mübarizə aparan Nigeriya ordusu kəndləri yandırıb


Amnesty International-ın cümə günü bildirdiyinə görə, Nigeriya hərbi qüvvələri ölkənin şimal-şərqində İslamçı üsyançılara qarşı mübarizədə kəndləri yandırıb və nəticədə yüzlərlə insan məcburi olaraq yaşadıqları yerləri tərk etməli olub.

Həm Boko Haram, həm də İslam Dövlətinin Qərbi Afrika qoluna qarşı on illərdir mübarizə aparan və insan hüquqlarının pozulmasında tez-tez ittiham olunan Nigeriya ordusu məsələ ilə bağlı şərh verməyib.

Reuters-in sorğuladığı üç sakin Amnesty International-ın məlumatını təsdiqləyib.

Əvvəlki iddialar Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin araşdırmalarına səbəb olub və Nigeriyanın hərbi liderlərinin silah almalarına mane olan bir qərarla nəticələnsə də, həbçilərə cəza nadir halda verildi. Ordu onlara qarşı irəli sürülən ittihamları dəfələrlə rədd etmişdi.

Amnesty International-ın son iddialarına görə, Nigeriya əsgərləri yanvar ayında yüzlərlə kişi və qadını ölkənin şimal-şərqində yerləşən Borno əyalətindəki evlərini tərk etməyə məcbur etdikdən sonra üç kəndi darmadağın edib. İnsan haqları qrupu 12 kənd sakininin sorğu-sual etdiyini və həmin ərazidə bir neçə böyük yanğın olduğunu göstərən peyk görüntülərini izlədiyini bildirib.

XS
SM
MD
LG