Accessibility links

Nigeriyada bir şəhər Boko Haramdan azad edilib


Nigeriya ordusu bildirib ki, keçən ay Boko Haram yaraqlılarının ələ keçirdiyi Borno ştatının şəhəri geri alınıb.

Ordunun Twitter səhifəsində yaydığı məlumata görə, hərbi əməliyyatlar nəticəsində terrorçuları Monquni və başqa icmalardan təmizləmək mümkün olub.

Əməliyyatda hava hücumlarından istifadə olunub və nəticədə şəhəri ələ keçirməklə yanaşı, həm də Baqa şəhərindəki Boka Haram yaraqlılarına ərzaq və təchizat aparan yük maşınları ələ keçirilib.

Ordu əməliyyat zamanı Niger, Kamerun və ya Çad qoşunlarının kğməyindən istifadə barədə heç nə deməyib. Bu üç ölkə islamçı eksremistlərlə mübarizədə Nigeriyanın ən yaxın müttəfiqləridir. Son iki həftə ərzində Boko Haram hər üç ölkədə hücumlar təşkil etməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG