Accessibility links

Nigeriya prezidenti: Boko Haram qrupunun istinadgahı ələ keçirilib


Nigeriya prezidenti Muhammadu Buhari
Nigeriya prezidenti Muhammadu Buhari

Nigeriya ordusu Boko Haram cihadçı qrupunun ölkədə əsas istinadgahlarından biri olan Sambisa meşəsindəki bazasını ələ keçirib. Bu haqda açıqlamanı Nigeriya prezidenti Muhammadu Buhari verib.

O açıqladığı bəyanatda bildirib ki, bazanın ələ keçirilməsi Boko Haram terrorçularının Sambisa meşəsindəki son anklavında onların tam məğlub edilməsi deməkdir. Qrupa qarşı ölkənin şimal-şərqindəki Borno ştatında yerləşən 1300 kvadrat kilometrlik meşədə aylardır əməliyyat aparılırdı.

Boko Haram qrupunun lideri Əbubəkr Şekau döyüşçülərlə
Boko Haram qrupunun lideri Əbubəkr Şekau döyüşçülərlə

Nigeriya prezidentinin bəyanatında Boko Haram qrupunun lideri Əbubəkr Şekaunun harada olduğu qeyd edilməyib.

Boko Haram yeddi ildir davam etdirdiyi və 20 mindən çox insanın həyatını itirdiyi qiyamda bir neçə ay ara verdikdən sonra son zamanlar hücumları intensivləşdirmişdi. Qrupun hərbi əməliyyatları humanitar böhranın yaranmasına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG