Accessibility links

Nigeriyada intiharçı bomba hücumu nəticəsində 13 nəfər ölüb


Nigeriyanın şimal-şərqində izdihamlı bazarda yemək paylanan yerdə növbədə gözləyən bir intiharcı bomba hücumcusu qadın üzərindəki partlayıcıları partladaraq, 13 nəfərin ölümünə səbəb olub.

Bir digər intiharcı bomba hücumçusu da Borno ştatının paytaxtı Maiduquridən 85 kilometr uzaqlıqda yerləşən Biu şəhərində özünü öldürüb və bir neçə nəfəri yaralayıb.

Hadisə Biudan 170 kilometr uzaqlıqda yerləşən Mubidə məsciddə 50-dən çox insanın ölümü ilə nəticələnən bomba hücumundan iki həftə sonraya təsadüf edir.

Şənbə günü baş verən hücumun məsuliyyətini üzərinə götürən olmasa da, şübhələr Boko Haram islamçı ekstremist qrupunun üzərindədir.

Boko Haram son zamanlar intiharcı bomba hücumlarını həyata keçirmək üçün daha çox qadın və uşaqlardan istifadə edir. Onların çoxu adətən qaçırılıb, radikallaşdırılır.

Boko Haram 8 ildir iki qonşu ölkədə davam etdirdiyi və milyonlarla insanın didərgin düşməsi və ya aclıqla üzləşməsi ilə nəticələnən qiyam ərzində 20 min insanın ölümünə səbəb olmaqda günahlandırılır.

XS
SM
MD
LG