Accessibility links

Nigeriya prezidenti vətəndaşlarını geri qaytaracağına söz verib


Nigeriya prezidenti Muhammadu Buhari ölkənin sosial-iqtisadi proqramlarını genişləndirərək, Liviya və digər ölkələrdə ilişib qalan vətəndaşlarını geri gətirməyi vəd edir.

Buhari Fil Dişi Sahilində miqrasiya məsələsini müzakirə etmək üçün yüksək səviyyəli danışıqlar aparan Afrika və Avropa liderlərindən biridir. Bu məsələyə Qərbi Afrika miqrantlarının Liviyada qul bazarlarında satıldığını göstərən video yayılandan sonra diqqət yönəlib.

“Bu yaxınlarda Liviyada satılan miqratların dəhşətli görüntüləri bizə bir daha xatırlatdı ki, artıq hərəkətə keçmək vaxtıdır. Miqrasiyanın çətinlikləri olsa da, inkişaf və əməkdaşlığın gücləndirilməsi baxımından bir sıra imkanlar da irəli sürür. Bütün ölkələrin sərhədlərini məsuliyyətli və suveren bir şəkildə qorumaq haqqları və öhdəlikləri var. Amma onlar bunu qaçqınlar üçün nəzərdə tutulan beynəlxalq qanunlara və qaçqın və miqrantların insan haqlarına hörmət edərək etməlidirlər”- deyə, BMT-nin baş katibi Antonio Qutteres bildirir.

Liderlər mühacirləri, xüsusilə də münaqişə vəziyyətində olan Liviyada ilişib qalanları müdafiə etmək üçün xüsusi işçi qüvvəsi yaradacaqlarını elan edib.

Burkina Fasonun xarici işlər naziri artıq Liviyadakı səfirini geri çağırıb və deyib ki, “21-ci əsrdə quldarlıq qəbuledilməzdir.”

Liviya Avropaya keçməyə çalışan afrikalı miqrantların qitəni tərk etdiyi məkandır.

XS
SM
MD
LG