Accessibility links

Nigeriya prezidenti yenidən həkim müayinəsi üçün Londona uçub


Nigeriya prezidenti Muhammadu Buhari bazar gecəsi həkimləri ilə tibbi konsultasiya üçün Londona uçub. Bu səfər 3 il öncə Boko Haram tərəfindən qaçırıldıqdan sonra dünən azadlığa buraxılmış 82 məktəbli qız ilə görüşdən dərhal sonra baş tutub.

Prezidentin sözçüsünün bəyanatında bildirilir ki, “prezidentin səfəri bazar günü gunorta saatlarına planlaşdırılsa da, o, qızlarla görüşmək istədiyindən uçuşu ləngidib.”

Sözçünün dediyinə görə, prezidentin Londonda qalacağı müddət həkimləri tərəfindən müəyyən ediləcək. O əlavə edib ki, “hökümət vitse-prezident Yemi Osinbajonun başçılığı altında normal fəaliyyətini davam etdirəcək.”

Buhari daha öncə Londona yeddi həftə müalicə aldıqdan sonra mart ayında işə qayıtmışdı.

Onun xəstəliyi haqqında dəqiq məlumat verilməyib.

XS
SM
MD
LG