Accessibility links

Nigeriyada minlərlə qadın ərləri və oğullarının azad edilməsini gözləyir [Video]


Nigeriyada minlərlə qadın ərləri və oğullarının azad edilməsini gözləyir
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Nigeriyanın Borno ştatında minlərlə qadın Boko-Haram ekstremist qrupunun üzvü olmaqda ittiham edilərək, həbs edilən ərləri və oğullarının azad edilməsi ilə bağlı hökumətə müraciət edib. Qadınlar ailə üzvlərinin harada saxlandığı barədə məlumatları olmadığını deyirlər.

Övladının harada olduğunu bilməmək hər bir valideyn üçün dəhşət yuxusu kimidir. Bintunun iki oğlunu artıq 5 ildir ki aparıblar. O, kədər içərisindədir.

Ekstremist Boko-Haram qupunun üzvü olmaqda şübhəli bilinərək, 2013-cü ildə əsgərlər tərəfindən aparılan Dunoma və Abuna yuxarı sinif şagirdləri idi. “Gecənin birində, saat 3-ə yaxın qapı bərk-bərk döyülməyə başladı. Onlar `oğlanların haradadır, oğlanlarını buraya gətir` deyə, bağırırdılar” deyə, Bintu bildirir.

Onun digər uşaqları illərdir özlərindən böyük qardaşları olmadan böyüyüb.

Yerli fəal Hamsatu Allamin Bintunun olduğu kimi, oğlu və həyat yoldaşı illərdir həbs edilən qadınlara yardım etmək üçün şəbəkə yaradıb. “Bu şəbəkə uşaqların harada olduqlarını müəyyən etməyə yardım edir. Siz burada şəbəkə üzvlərinin vəziyyətini görə bilərsiniz. Onlar çox imkansızdırlar. Onların səsi yoxdur. Onlar kimə müraciət edəcəklərini bilmir.”

Mindən çox qadın hazırda bir araya gəlib. Bu qaçqın düşərgəsində onlar öz hekayələrini paylaşırlar. Onlar artıq fəaliyyətə başlayıb. Bu ilin əvvəlində qadınlar prezident Muhammadu Buhariyə açıq məktub yazıb. Məktubda onlar oğlanları və həyat yoldaşlarının Boko-Haramla heç bir əlaqəsi olmadığını yazıb və onların geri qaytarılmasını istəyib.

Onlardan bəzilərinin saxlanması Nigeriyanın ədliyyə sisteminin ləng işi ilə bağlıdır. Bu ay Human Rights Watch Boko-Haram şübhəlilərinin məhkəmə proseslərində qanunsuzluqların olduğunu iddi edib. Hakim Alkali Qana: “Lakin onları buraya gətirəndə görürsünüz ki, buna səbəb var. Və bu çox zaman belə olur. Təkcə Nigeriyada deyil, hər yerdə insan haqlarının pozulmasından danışılır. Buna görə təkcə məhkəmə günahkar deyil.”

Boko-Haram qrupu tərəfindən ayrılan ailələr isə kimin günahkar olduğunu bilmir.

Nadir hallarda həqiqətən də nəsə baş verir. Ana Boko-Haram üzvü olmaqda şübhəli bilinən və uzun illər həbsdə olan oğlu ilə görüşür. Onların görüşü diqqət çəkir.

Bintu isə hələ də oğlanları ilə görüşmək ümidi ilə yaşayır. O, uşaqlarının köhnə dəftərləri və sənədlərinə baxaraq təsəlli tapır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG