Accessibility links

Nigeriyada məktəbli qızların qaçırılmasından bir il ötür


Qızların əksəriyy'tinin yeri hələ də məlum deyil

“Qızlarımızı Qaytarın” qrupunun 100 üzvü Çibokda məktəbli qızların qaçırılmasının ildönümünü qeyd etmək üçün Nigeriyanın paytaxtı Abucada toplaşıb.

273 məktəbli qız Borno ştatında yerləşən dövlət məktəbindən 2014-cü ilin aprelin 14-də islamçı Boko Haram qrupu tərəfindən qaçırılıb.

Qızların əksəriyyəti hələ də tapılmayıb. Qrupun üzvləri ümidlərini itirmədiklərini və dua etməyə davam etdiklərini deyirlər.

Nigeriya hərbi qüvvələri bildirib ki, beynəlxalq hücum nəticəsində onlar islamçı ektremistlərin nəzaərt etdiyi yerləri ələ keçiriblər.

Boko Haram Nigeriyada İslam dövlətinə yaratmaq məqsədilə terror kampaniyasını 2009-cu ildən bəri davam etdirir, ancaq bu yaxınlarda Kamerun, Çad və Nigerdə də yerləşən şəhərlərə hücum etməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG