Accessibility links

Nigeriyada ardıcıl partlayışlar onlarla insanın həyatına son qoyub


Nigeriya rəsmilərinin bildirdiyinə görə, paytaxt Abujanın yaxınlığında iki yerdə baş verən partlayışlar nəticəsində 15 nəfər həlak olub, 41 nəfər yaralanıb.

Partlayışlar dünən gecə Abuja ətrafındakı Nyanya və Kuje şəhərlərində baş verib.

Hücumlara görə hələlik məsuliyyəti heç kəs öz üzərinə götürməyib, ancaq patylayışları yerli ekstremist qrup olan Boko Haramın həyata keçirdiyi istisna edilmir.

İntiharçı hücumları

Bu partlayışlar Mayduguri şəhərində 4 intiharçının özünü partlatması nəticəsində 14 nəfəri qətlə yetirdiyi gündə baş verib.

Rəsmilər deyir ki, partlayışlar zamanı 39 nəfər də yaralanıb.

Ordunun sözçüsü bildirib ki, hücumlar Borno ştatının paytaxtı Mayduguridəki Ajilari dəmir yolu dayanacağının yaxınlığında baş verib. O, hücuma görə Boko Haram qruplaşmasını ittiham edib. Ancaq bu hücumundə məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Boko Haram tez-tez bu şəhərdə partlayışlar həyata keçirir.

XS
SM
MD
LG