Silahlı şəxslərin Nigeriyanın mərkəzi bölgəsində kilsədə ibadət edənlərə açdığı atəş nəticəsində 15 nəfər ölüb.
Rəsmilərin verdiyi məlumatda naməlum sayda silahlı şəxslərin bazar ertəsi günü Koqi ştatının Okini şəhəri yaxınlığında yerləşən kilsəyə silahlı hücum etdiyi bildirilir.
Koqi ştatı şimalda müsəlmanların, cənubda isə xristianların çoxluq təşkil etdiyi Nigeriyanın mərkəzində yerləşir.
Hadisəyə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Bununla belə son zamanlar regionda yerləşən xristian kilsələri və kəndlərinə edilən hücumlara görə məsuliyyəti islamçı silahlı qrup olan Boko Haram öz üzərinə götürüb.
Boko Haram Nigeriya hökümətini və konstitusiyasını tanımadığını, Nigeriyanın şimalında islam dövləti qurmaq uğrunda mübarizə apardığını bildirib.