Accessibility links

Nigeriyada parlament seçkiləri yubadılıb


Nigeriyada parlament seçkiləri yubadılıb
Nigeriyada parlament seçkiləri yubadılıb

Nigeriya rəsmilərinin bu günə nəzərdə tutulmuş parlament seçkilərini təxirə salması ölkədə qəzəb və məyusluq doğurub.

Müstəqil Milli Seçki Komissiyasının sədri Attahiru Ceqa televiziyaya çıxaraq bülleten çap edən şirkətin vaxtında lazımi təchizatları səsvermə məntəqələrinə çatdırmadığını söyləyib.

Ceqa deyib ki, Nigeriyaya səsvermə materiallarını gətirəcək təyyarələr Yaponiyada zəlzələ və sunami nəticəsində yaranan təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün başqa səylərə yönəldiliblər.

Ceqa səsvermənin bazar ertəsi keçiriləcəyini vəd edib.

XS
SM
MD
LG