Accessibility links

Dünya Çempionatı Nijnıy Novqorodda [Video]


Dünya Çempionatı Nijnıy Novqorodda
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Dünya Futbol Çempionatının 64 matçı 11 şəhərin 12 stadionunda keçirilib. Nijnıy Novqorod şəhərinin sakinləri üçün matçın keçirildiyi bir ay son onilliklərin ən böyük şənliklərindəndir.

Çoxları üçün dünyanın hər yerindən gələn insanlarla görüşmək təcrübəsi Dünya Kuboku Yarışlarının başlıca hadisələrindəndir. Oyunlar başlanandan bəri 21 yaşlı Lena Tixomirova Cənubi Koreyadan tutmuş Argentinaya qədər olan müştərilərə xidmət edib. Onun dediyinə görə, bu təcrübə onun həyatını dəyişib. “Bu, mənim xaricilərə münasibətimi çox dəyişdi. Mən həm çox sayda yeni dost qazandım, həm də ingilis dilimi mükəmmələşdirdim. Bu, həqiqətən gözəl işdir. Şəhər də dəyişib, daha canlı olub.”

62 yaşlı taksi sürücüsü Gennadi bu şəhərin uzun illər hərbi və nüvə araşdırmaları mərkəzi olduğunu, bu günsə tamamilə başqa bir yerə çevrildiyini deyir. “Doğrudan da yaxşı oldu. Çox sayda turist var. Mehmanxanalara, aeroporta və dəmiryol stansiyasına gedən çoxdur. İnsanlar gəlib-gedir. Mən onları qarşılayır, yola salıram, Hər kəs nəzakətlidir.”

Şəhərdə baş verənlər küçə musiqiçiləri Vadim Arxipov və Konstantin Peçyonovun xoşuna gəlir. Lakin tədbirin tezliklə başa çatacağı onları məyus edir. “Biz belə bir şeyi bir də görməyəcəyik. Bu, bir bayramdır. Çox sayda insan, çox sayda xarici, müxtəlif geyimlər görürsən və insanlar şənlənir. Mən çox şadam” deyə, Konstantin Peçyonov bildirir.

Dünya Çempionatı Rusiyanın bu şəhərində yaşayan sakinlərin çoxunu sevindirib və heç olmasa bir insanın həyatını dəyişib.

Lena Tixomirova deyir ki, öz ölkəsini çox sevsə də, xaricdə oxumaq istəyir və yeni mədəniyyətlər, yeni dostlar haqda düşünür.

XS
SM
MD
LG