Accessibility links

Nikki Heyli: Qəzzada zorakılığa səbəb səfirliyin Qüdsə köçürülməsi deyil, Həmasdır


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İsrailin Qəzzada fələstinlilərlə insan ölümülə nəticələnmiş toqquşmalarda təmkin göstərdiyi deyib və zorakılıqlara görə Qəzzanı idarə edən Həmas militant qrupunu günahlandırıb.

“Son günlər İranın dəstəklədiyi Həmas terrorçuları İsrailin təhlükəsizlik qüvvələrinə və infrastruktura qarşı hücumlar təşkil edib”, Nikki Heyli BMT Təhlükəsizlik Şurasında Qəzzada vəziyyətlə bağlı çağırılmış növbədənkənar iclasda bildirib.

Heyli zorakılıqların bazar ertəsi ABŞ-ın Qüdsdə səfiriyinin açılması ilə əlaqədar olduğuna dair iddiaları rədd edib.

Qətlə yetirilmiş uşağın anasına təskinlik vermək üçün kim söz tapa bilər?
Nikolay Mladenov

“Bu, sülh perspektivlərinə heç bir şəkildə mane olmur. Amma yenı də bəziləri üçün zorakılığın səbəbi budur. Lakin gəlin unutmayaq ki, Həmas terrorçu təşkilatı Birləşmiş Ştatların səfirliyi köçürməsindən çox əvvəl illərdir zorakılıqlara səbəb olub”, Nikki Heyli bildirib.

O əlavə edib ki, səfirliyin yerinin dəyişdirilməsi “Amerika xalqının arzusunu əks etdirir”.

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov
BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov

BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov Təhlükəsizlik Şurasının üzvlərinə Qüdsdən deyib ki, “qətllərə heç bir şəkildə bəraət qazandırmaq olmaz”.

“Qətlə yetirilmiş uşağın anasına təskinlik vermək üçün kim söz tapa bilər? Kim? Mən hamını Qəzzada bir çox insan həyatının itirilməsinə gətirib çıxarmış hərəkətlərin ən ciddi şəkildə qınanmasında mənə qoşulmağa çağırıram”, Mladenov bildirib.

Qəzzada tibb işçiləri yaralanlara yardım göstərir, 14 may, 2018
Qəzzada tibb işçiləri yaralanlara yardım göstərir, 14 may, 2018

O deyib ki, “İsrail birbaşa ölüm, ya da ciddi xəsarət təhlükəsi olmadığı halda gücdən istifadə edilməsinə nəzarət etmək kimi məsuliyyət daşıyır”. Mladenov həmçinin İsrailin insan ölümünə gətirib çıxaran hər bir insidenti təhqiq etməli olduğunu bildirib.

Qəzza Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bazar ertəsi 58 nəfər ölüb, 2400-dən çox insan yaralanıb.

Bazar ertəsi 2014-cü ildə İsraillə müharibədən sonra Qəzzada baş verən sərhədlərarası zorakılıqların ən tələfatlı günü hesab edilir.

XS
SM
MD
LG