ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Tramp administrasiyası Suriya diktatoru Bəşar Əl-Əsədin öz xalqını terrorizə etməsinə göz yummayacaq.
“Biz rejimin hərəkətlərini diqqətlə izləyirik”-deyə Nikki Heyli BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Şura yeddi ildir davam edən münaqişənin diplomatik yolla son qoyulmasını səylərini müzakirə etmək üçün iclas keçirir.
Keçən həftə İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi hücumdan danışan Nikki Heyli Əsədin iyrənc hərəkətlərini dəstəkləyənləri tənqid edib.
Biz rejimin hərəkətlərini diqqətlə izləyirikNikki Heyli
“Bu, Əsədin müttəfiqləri-Rusiya, İran və Hizbullahın onu dayandırmaq üçün dünyaya qoşulmaq əvəzinə barbar rejimə dəstək verməyə qərar verəndə nəyin baş verdiyini göstərir”-deyə o bildirib.
Ağ Ev bildirib ki, ABŞ kəşfiyyatı Şayrat aviabazasından göyə qalxan Suriya hökumət qüvvələrinin hərbi təyyarəsinin aprelin 4-də Xan Şeyxuna kimyəvi bomba atdığına inanır. Ağ Ev rəsmiləri həmçinin bildirib ki, Suriyanın kimyəvi silah proqramı ilə əlaqədar şəxslərin aviabazada mart ayında və hücumun keçirildiyi gün hücuma hazırlaşdığına dair kəşfiyyat məlumatları var.
Birləşmiş Ştatlar kimyəvi hücuma cavab olaraq Suriyanın aviabazasına raket zərbələri endirib.
Prezident Tramp xəbərdarlıq edib ki, Rusiya prezidenti Vladimir Putinin Moskvanın köməyi ilə kimyəvi hücum keçirməkdə ittiham edilən Suriya prezidenti Bəşar Əl-Əsəd dəstəyi “Rusiya üçün” və “bütün bəşəriyyət üçün çox pisdir”.
Təhlükəsizlik Şurası çərşənbə axşamı günü Birləşmiş Ştatlar, Britaniya və Fransanın təqdim etdiyi kimyəvi hücumun qınnaması və hadisə ilə bağlı beynəlxalq təhqiqatın gücləndirilməsini nəzərdə tutan qətnamənin səsə qoyulmasını planlaşdırır.
Qərb dövlətlərinin qətnamənin mətninə düzəlişlər etdiyini bildirməsinə baxmayaraq, Moskvanın qətnaməyə veto qoyacağı gözlənilir.