Accessibility links

ABŞ Şimali Koreyaya qarşı sanksiyalarla əlaqədar Çinə təzyiqləri artırır


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı fövqəladə iclası zamanı
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı fövqəladə iclası zamanı

Birləşmiş Ştatlar Pxenyanın bu yaxınlarda raket sınağı keçirməsilə əlaqədar olaraq Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə nail olmaq məqsədilə Çinə təzyiqləri artırır. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bildirib.

O deyib ki, Birləşmiş Ştatlar münaqişəyə yol vermək istəməsə də, Şimali Koreyanın nüvə ambisiyalarının qarşısını almaq əzmindədir.

“Onların qitələrarası ballistik raket sınağı keçirməsi təkcə bizim üçün deyil, dünyada bizim bir çox dostumuz üçün təhlükə təşkil edir və biz buna son qoymalıyıq”, Nikki Heyli CBS tele kanalına bildirib.

Onların qitələrarası ballistik raket sınağı keçirməsi təkcə bizim üçün deyil, dünyada bizim bir çox dostumuz üçün təhlükə təşkil edir və biz buna son qoymalıyıq.
Nikki Heyli

“Buna görə də biz buna qarşı ciddi mübarizə aparacağıq. Biz təkcə Şimali Koreya deyil, qətnamələrə əməl etməyən başqa ölkələrə və Şimali Koreyaya qarşı sanksiyalara əməl etməyən ölkələrə ciddi təzyiq göstərəcəyik. Biz Çinə ciddi təzyiqlər göstərəcəyik, çünki Şimali Koreya ilə ticarətin 90 faizi Çinlə aparılır. Buna görə də onlar bizə kömək etsələr də, bundan daha çox iş görməlidir”, Heyli əlavə edib.

Çin Şimali Koreyanın əsas ticarət partnyorudur. Şimali Koreyanın əsas iqtisadi tərəfdaşı olan Çin Pxenyanla ilin birinci rübündə ticarətin 37.4 faiz artdığını bildirib.

Çin BMT-də Şimali Koreyanın qitələrarası ballistik raket sınağını başqa ölkələrlə birlikdə qınayaraq narahatlığını bildirib. Lakin Pekin sanksiyalarla bağlı müəyyən bir söz deməyib.

BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı fövqəladə iclasında Nikki Heyli qarşıdan gələn günlər ərzində yeni qətnamə layihəsinin üzv ölkələrin nümayəndələrinə təqdim ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG