Accessibility links

ABŞ-ın BMT-dəki səfiri Şimali Koreya liderinə xəbərdarlıq edib [Video]


Şimali Koreya bazar günü özünün altıncı və ən böyük nüvə sınağını keçirib. Bununla da beynəlxalq qınaqlarla qarşılaşıb. BMT-də çıxış edən ABŞ nümayəndəsi Nikki Heyli diktator Kim Conq Una sərt xəbərdarlıq ünvanlayıb.

“Onun raket və nüvə sınaqları istifadəsi ilə hədələyici tərzi göstərir ki, o, müharibə istəyir. Müharibə heç zaman ABŞ-ın istədiyi bir şey deyil. Biz indi də müharibə istəmirik. Amma bizim ölkənin təmkini əbədi deyil. Biz öz müttəfiqlərimizi və ərazilərimizi müdafiə edəcəyik.”

Heyli deyib ki, ABŞ Təhlükəsizlik Şurası üzvlərinə paylanılacaq yeni sanksiyalar qətnaməsinin növbəti bazar ertəsi səsverməyə çıxarılmasını gözləyir.

“Təhlükəsizlik Şurasında yarımçıq tədbirlərin vaxtı keçib. Bizim bütün diplomatik gücümüzün tam istifadə edilməsi vaxtıdır. Biz indi mümkün olan ən güclü qətnamə qəbul etməliyik.”

Təhlükəsizlik Şurası keçən ay Şimali Koreyaya qarşı kifayət qədər sərt sanksiyalar qəbul etmişdi.

Çinin BMT-dəki nümayəndəsi Liu Cieyi Şimali Koreyanın hərəkətlərini qınayıb və dialoqa çağırış edib.

“Koreya yarımadasındakı vəziyyət davamlı olaraq gərginləşir. Oradakı məsələ sülh yolu ilə həll olunmalıdır. Çin heç zaman yarımadada xaosa və müharibəyə yol verməyəcək.”

Diplomatların sanksiyalar üçün istifadə edə biləcəkləri vasitələr azalmaqdadır.

Beynəlxalq icma deyir ki, Şimali Koreya bir neçə sənayedən gələn gəliri öz nüvə və ballistik raket proqramının icrasına yönləndirir.

XS
SM
MD
LG