Accessibility links

Nikolaz Kruzun qardaşı həbs olunub


Florida məktəbində silahlı qətliam həyata keçirən Nikolaz Kruzun qardaşı həmin məktəbin ərazisinə icazəsiz daxil olduğu üçün həbs olunub. Onun müvəqqəti olaraq azadlığa buraxılması üçün 500 min dollar zəmanət tələb olunur.

Prokurorlar deyir ki, Zakari Kruz ona məktəbdən uzaq durmalı olduğu deyildiyi halda, məktəbin ətrafında dolaşıb.

Zakari həmçinin şagirdlərə qardaşının məhurlaşdığını və onun qardaşına böyük rəğbət bəslədiyini deyib.

Kruzun vəkili deyib ki, o, kimliyinə görə həbs olunub, nə isə etdiyinə görə deyil.

Nikolas Kruz fevral ayında AR-15 tipli Avtomat silahla Marcori Stonman Duqlas məktəbində 17 nəfəri öldürdüyünə görə ölüm cəzası ilə üzləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG