Accessibility links

Venesuela prezidenti Nikolas Maduronun silahlı tərəfdarları çərşənbə günü ölkə müxalifətinin parlament qərargahına hücum edərək, yüzlərlə insanı doqquz saatlığına girov götürüb.

Milli Assambleya Venesuelanın Müstəqillik Günün münasibəti ilə xüsusi sessiyada görüşərkən, Maduronun özlərini “colectivos” adlandıran onlarla tərəfdarı otağa daxil olaraq insanlara hücum edib. Nəticədə azı 15 nəfər xəsarət alıb.

Milli Assembleyanın prezidenti Culio Borqes hücumda prezident Maduronu təqsirləndirib.

“Biz bu gün burada başımız uca dayanmışıq. Ona görə ki, bu gün biz nəinki, parlament sarayını, biz həmçinin 14 milyon insanı müdafiə edirik.

"Bu zorakılığa məsuliyyət daşıyan şəxsi tapmaq üçün uzağa getmək lazım deyil. Nikolas Maduro burada baş verənləri pislədiyini deyib. O özü zorakıdı. Venesuelada zorakılığın adı və soy adı var və bu Nikolas Madurodur”- deyə Venesuelanın Milli Assambleyasının prezidenti Culio Borqes bildirib.

Silahlı şəxslər bir qədər sonra sarayı tərk edib. Lakin binanı mühasirədə saxlamaqda davam edib. Milli Qvardiya hadisə baş verən an ərazidə patrul xidməti çəkməsinə baxmayaraq nə hücumçuları tərkisilah edib, nə də Amerikanın Səsinin əməkdaşı Alvaro Alqarra da daxil olmaqla içəridə girov götürülən insanları azad etməyə cəhd edib.

Colectivos qrupu keçmişdə Milli Assambleyanın bütövlükdə istefasını tələb edib. Lakin Alqara bu dəfə hücumçuların heç bir tələblə çıxış etmədiklərini bildirib

Borqes Amerikanın Səsinə bildirib ki, qanunvericilər istənilən halda silahlı şəxslərin tələblərini qəbul etməyəcəkdi.

Müstəqillik Günü keçirilən paradda iştirak edən prezident Maduro isə “qəribə hadisələr” adlandırdığı hücumla əlaqəsi olmadığını bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG