Fransanın Nitsa şəhərinin sahilkənarı ərazisində cümə axşamı Bastiliya gününü qeyd edən insan kütləsinin üzərinə yük maşınını sürrərək 84 insanın həyatına son qoyan hücumçu Mohamed Lahuyec Bahluldur.
Nice-Martin qəzetinin məlumatına əsasən, Nitsanın “Abbatoirs məhəlləsi”nin 31 yaşlı sakini yük avtomobili sürücüsü olub. Polis güman edir ki, Bahlul hücumda istifadə etdiyi 19 tonluq yük avtomobilini qonşu şəhərdə kiralayıb.
Qonşuları onu dindar bir insan kimi tanımadıqlarını söyləyib
Fransa Ədliyyə naziri Jan Jak Urvas hücumçunu əvvəllər bir çox cinayətlərə görə polis tərəfindən qeydiyyata alınsa da yalnız birinə görə cəzaya məruz qaldığını deyib. Ötən may taxta lövhəni digər sürücüyə atan Bahlul həbs olunmasa da şərti cəza alaraq, iki ay ərzində həftədə bir dəfə polis nəzarət məntəqəsinə gələrək qeydiyyatdan keçmə ilə kifayətlənib.
Rəsmilər onun hər hansı terror qrupuna bağlı olması haqda məlumata malik deyillər.
Bahlul 1985-ci ildə Tunisin Msaken şəhərində anadan olub. Bahlul Fransa vətəndaşı olmasa da onun daimi yaşayış izni var. O, Tunisi son dəfə 4 il əvvəl ziyarət edib.
Qonşuları onu dindar bir insan kimi tanımadıqlarını söyləyib.