Accessibility links

Fransa polisi Nitsa hücumçusunun həyat yoldaşını sərbəst buraxıb


Fransa polisi bazar günü Fransanın kurort şəhəri Nitsada Bastiliya günü üçün toplanan 300 nəfərin üzərinə yük maşınını sürən sürücünün ondan ayrılan həyat yoldaşını sərbəst buraxıb. Ancaq sürücünün hücumu təkbaçışına törədib-törətmədiyini öyrənmək üçün digər altı şəxs hələ də polis tərəfindən dindirilir.

Hücumçu Məhəmməd Lahuaiej Buhlelinin üç övladının anası olan bu qadın cümə günü həbs edilib. O, Buhlel 19 tonluq soyuducu yük maşınını saatda 90 kilomet sürətlə iki kilometr boyunca Nitsanın Aralıq Dənizi sahilindəki Promenade des Anglaisdə toplaşan insanların üzərinə sürüb.

Həbs edilən altı nəfərin arasında bazar günü saxlanılan bir qadın və bir kişi var, amma polis onların nə səbəblə saxlandığı barədə heç bir məlumat vermir.

Fransada artıq ikinci gündür 10 uşaq daxil olmaqla, hücumda ölən 84 nəfər üçün milli matəmdir. Hücum zamanı 200-dən çox insan yaralanıb. Rəsmilər yararılardan 85-nin hələ də xəstəxanada,18-nin vəziyyətinin isə kritik olduğunu bildirir.

İslam Dövləti terror qrupu İŞİD media orqanı vasitəsilə cümə günü törədilən bu hücuma görə məsuliyyəti öz üzərinə alıb, hücumçunu isə “əsgər” adlandırıb.

Tunis əsilli Fransa vətəndaşı hücumçu ilə terrorçu qrup arasında birbaşa əlaqənin olub-olmadığı hələ müyyən deyil. Fransanın baş naziri Manuel Valls deyib ki, dövlət orqanları “qatilin çox qısa bir zaman ərzində radikallaşdığını” bilir.

Lakin dövlət orqanları Fransa kəşfiyyat xidmətiin onu tanımadığını bildirir. ABŞ dövlət katibi Con Kerri Amerika hüquq-mühafizə orqanlarının da hücumçu ilə bağlı əvvəlcədən heç bir məlumata sahib olmadığını deyib.

Buhlelin İslama heç bir marağı olmayan bir insandan radikal islamçıya çevrilməsi ilə bağlı hələ ki, heç bir sübut yoxdur. Qohumları və dostları 31 yaşlı Buhlelin spirtli içkilər içdiyini, marixuana çəkdiyini və dindar müsəlmana aid olmayan həyat tərzi sürdüyünü deyir.

Daha əvvəl polisin Nitsada yaşayan Buhlelin cinayət törətdiyi barədə şübhələri olub. Mart ayında ona yanvarda baş verən silahlı zorakılıq hadisələri ilə əlaqəli olaraq altı aylıq şərti cəza verilib.

Buhlelin Tunisdə yaşayan qohumları onun 2005-ci ildə Fransaya köçmədən öncə psixoloji problemlərinin olduğunu deyir. Atası onun 2002-2004 illərində “sinir krizisi keçirdiyini” bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG