Accessibility links

İnkişaf etməkdə olan dövlətlərə IMF-də geniş səsvermə hüququ veriləcək


İnkişaf etməkdə olan dövlətlərə IMF-də geniş səsvermə hüququ veriləcək
İnkişaf etməkdə olan dövlətlərə IMF-də geniş səsvermə hüququ veriləcək

Razılıq bu gün, Cənubi Koreyanın Qyeonqcu şəhərində iki günlük Böyük İyirmilik sammitinin sonuncu günü elan edilib

Dünyanın 20 aparıcı iqtisadi qüdrətlərinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri bu gün inkişaf etməkdə olan dövlətlərə Beynəlxalq Valyuta Fondunda (IMF) geniş səsvermə hüququ verilməsi barədə razılığa gəliblər. Razılıq bu gün, Cənubi Koreyanın Qyeonqcu şəhərində iki günlük Böyük İyirmilik sammitinin sonuncu günü elan edilib. Razılığa əsasən IMF-də səsvermə hüquqlarının təxminən beş faizi köçürüləcək və Çin və Hindistan kimi ölkələr də 10 baş səhmdarlar arasında öz yerlərini tutacaqlar. IMF-in direktoru Dominik Ştrauss-Kahn müxbirlərə bildirib ki, Avropa özünün 24-üzvlük müdirlər sırasından iki yeri təhvil verməyə razı olub.

XS
SM
MD
LG