Accessibility links

Çində təyyarə qəzasında sağ qalanların olduğuna dair heç bir əlamət yoxdur


Bazar ertəsi Çinin cənubundakı ucqar dağlıq bölgədə 132 nəfəri daşıyan Çin Şərq Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra sağ qalanlara dair heç bir əlamət yoxdur.

Aviaşirkət bazar ertəsi verdiyi açıqlamada sərnişinlər və ekipaj üzvləri üçün dərin hüznlə yas tutduğunu bildirib, lakin neçə nəfərin öldüyü barədə məlumat verməyib.

Çin mediası yerli axtarış-xilasetmə işçilərinə istinadən xəbər verir ki, onlar təyyarənin qalıqları arasında sağ qalanların olduğuna dair əlamət tapmayıblar.

Çin Mülki Aviasiya Administrasiyasının rəsmiləri bildiriblər ki, Boeing 737-800 təyyarəsi cənub-qərbdəki Kunminq şəhərindən şərqdəki Quançjou şəhərinə uçuşu yerinə yetirən zaman Çinin Quanqsi bölgəsindəki Vuçjou şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəza NASA-nın peyk görüntülərində müşahidə edilən yanğına səbəb olub.

Çin mediası az qala şaquli istiqamətdə bir təyyarəni göstərən bir video yayımlayıb. Görüntülərin həqiqiliyini yoxlamaq mümkün olmayıb.

Çin prezidenti Şi Tsinpin müstəntiqləri “qəzanın səbəbini mümkün qədər tez müəyyənləşdirməyə” çağırıb, dövlət yayım agentliyi CCTV bildirib.

İki mühərrikli Boeing təyyarəsi qısa və orta məsafəli uçuşlar üçün dünyanın ən məşhur təyyarələrindən biridir.

Associated Press agentliyinin məlumatına görə, baş ofisi Şanxayda yerləşən China Eastern Çinin ən yaxşı üç aviaşirkətindən biridir.

Çində mülki təyyarənin sonuncu ölümcül qəzası 2010-cu ilin avqustunda Henan Hava Yollarına məxsus təyyarənin Yichun hava limanına yaxınlaşarkən uğradığı qəza olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG