Accessibility links

İqtisadiyyat üzrə Nobel mükafatı üç amerikalıya verilib



Amerikalı iqtisadçılar Yucin Fama, Lars Piter Hansen və Robert Şiller aktiv qiymətlərinin təhlili sahəsində apardıqları tədqiqatlara görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

İsveç Kral Akademiyasının açıqladığı bəyanatda deyilir ki, səhmlər və hökumətin buraxdığı istiqrazların qiymətlərinin gələn bir neçə gün, ya da həftə ərzində dəyişməsini qabaqcadan demək mümkün olmadığı halda, bu üç iqtisadçının apardığı tədqiqatlar nəticəsində qiymətlərin gələn 3-5 il ərzində daha uzun müddətli proqnozunu vermək imkanı yaradılıb.

Lama və Hansen İllinoysda Çikaqo unversitetinin professorudur. Şiller isə Konnektikut ştatında Yel universitetində dərs deyir.

Aktiv və istiqraz qiytmələrinin təhlili daşınmaz əmlak bazarında vəziyyətlə bağlı qərarların qəbul edilməsi və ümumiyyətlə ölkəin iqtisadi siyasətinin müəyyənləşdirilməsində əhəmiyyət daşıyır.

İqtisadiyyat sahəsində Nobel mükafatı 1968-ci ildə təsis edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG